1 iyul 2014 16:27
Qəbələnin sabiq qapıçısı Portuqaliyaya qayıtdı
"Qəbələ"nin sabiq qapıçısı Dieqo Kosta yenidən Portuqaliyaya qayıdıb. Azerisport.az xəbər verir ki, o, hazırda yerli "Moreyrense"də baxışdadı.
Bu komanda yeni mövsümdən Portuqaliya yüksək liqasında çıxış edəcək. Kostanın bu klubla tezliklə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Dieqo son iki ildə "Qəbələ"də çıxış edirdi.
