1 iyul 2014 16:13
XL Sloveniyaya avtobusla gedəcək
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" iyulun 6-da Türkyənin Ərzurum şəhərindəki ilk təlim-məşq toplanışını başa vuracaq. Azerisport.az xəbər verir ki, Oğuz Çətinin komandası Türkiyədən birbaşa Sloveniyaya yollanacaq.
Çünki komanda hazırlığın ikinci mərhələsini məhz bu ölkədə davam etdirəcək. "Ağ-yaşıllar"ın marşrutu isə heç də asan olmayacaq. Öncə Ərzurum-İstambul-Zaqreb reysi ilə hərəkət edəcək komanda Xorvatiyanın paytaxtından Sloveniyaya avtobusla gedəcək.
