1 iyul 2014 14:27

Dodo: Muntyanu məni əvvəlki mövqeyimə qaytardı

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- Yeni baş məşqçiniz Dorinel Muntyanu necədi?
- Onun işə yanaşması, komanda ilə münasibəti, tələbkarlığı xoşuma gəlir. İlk gündən komandanı idarə etməyi bacardı. Elə bir təəssürat var ki, sanki buradakı ilk mövsümü deyil.

- Sloveniya toplanışı sizdə belə təəssürat yaratdı?
- Belə görünür ki, hə (gülür). Nəzərə alsaq ki, vaxtımız çox az idi, Sloveniya toplanışı Avropa Liqasına hazırlıq baxımından bizim üçün çox vacib idi. 100 faiz hazır olduğumuzu deməzdim, amma, maksimum hazırlaşmışıq.

- Komandaya iki yerli, bir o qədər də əcnəbi futbolçu cəlb olunub. Yeni transferlərlə bağlı fikriniz necədi?
- Onların güclü futbolçu olduqlarına şübhə etmirəm. Amma onların komandamıza nə dərəcədə faydalı olacağına rəsmi oyunlar aydınlıq gətirəcək. Yoxlama oyunlarına əsasən nəsə demək çətindi. Əminəm ki, bizə faydalı olacaqlar.

- "Şiroki Briyeq"lə oyundan nə gözləyirsiz?
- Şəxsən mənə elə gəlir ki, bu komandanı keçməyə borcluyuq. Ən azından ona görə ki, rəqibimiz nə "Barselona", nə də "Real"dı.

- Amma "Qəbələ" də "Bavariya" və "Borussiya" deyil...
- (gülür) Elədi. Amma belə hesab edirəm ki, biz ilk mərhələni keçməliyik. Aydın məsələdi ki, rəqib də eyni şeyi çox istəyir. 11 nəfər 11 nəfərə qarşı oynayacaq, şanslar bərabərdi.

- Mərhələ keçmək üçün Qəbələdəki oyunu yüksək səviyyədə keçirmək lazımdı...
- Çox şadam ki, avrokuboklardakı debüt matçımızı doğma stadionumuzda keçirəcəyik. Bu, Qəbələ üçün böyük hadisədi. Ümid edirəm ki, yaxşı dəstək sayəsində qələbə qazana biləcəyik.

- Yuri Syominin rəhbərliyi altında daha çox müdafiəyəmeylli çıxış edirdiz. Yeni baş məşqç ilə necə olacaq?
- Muntyanu Syominin imtina etdiyini etdi. O, məni yenidən əvvəlki mövqeyimə qaytardı. Bundan sonra mən daha çox yaradıcılıqla məşğul olacam, dağıdıcıqla yox. Dodo qayıdır (gülür). Ümid edirəm ki, Avroliqada komandama faydalı olacam.

- Mümkündü ki, komandanızın debüt oyununda məhz siz qəhrəman olasız...
- İnşallah! Debütdə qələbə qazanmağımız yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.