1 iyul 2014 21:55

Qarabağ Almaniya klubu üzərində qələbəyə sevindi

Azərbaycan çempionu "Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün hazırlıq çərçivəsində 3-cü yoxlama matçına çıxıb.

Qurban Qurbanov yetirmələrinin gücünü Almaniyanın regional liqa təmsilçilərindən olan "Vakker Burqhauzen"lə oyunda sınayıb. "Qarabağ"ın məşq etdiyi meydanda baş tutan oyun yerli vaxtla 17:00-da (Azərbaycan saatıyla 20:00) start götürüb. Görüş ağdamlıların inamlı qələbəsiylə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" əvvəlki yoxlama oyunlarında Donetsk "Şaxtyor"una (Ukrayna)  0:2, Rusiya "Krasnodar"ına isə 0:1 hesabıyla məğlub olmuşdu.

Yoxlama oyunu
1 iyul

Qarabağ - Vakker Burqhauzen - 2:0
Qollar: Nadirov, 4 (1:0), Tağıyev, 56 (2:0)

"Qarabağ" meydana aşağıdakı start heyəti ilə çıxıb: Fərhad Vəliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Bilal Abbaszadə, Toğrul Bilallı, Muarrem Muarrem, Qara Qarayev, Vüqar Nadirov, Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev.

Matç başladı
4-cü dəqiqədə Nadirov hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Muaremin yerinə meydana Leroy Corc çıxır
56-cı dəqiqədə Tağıyev hesab arasındakı fərqi artırır - 2:0
58-ci dəqiqədə Qurban Qurbanov meydana bu futbolçuları buraxır: İbrahim Şehiç, Reynaldo, Çumbinyo, Riçard Almeyda, Danilo Dias, Maksim Medvedev, Admir Teli.
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.