1 iyul 2014 13:34
Qəbələ - Şiroki Briyeq matçı 1-50 manata
"Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi - Bosniya "Şiroki Briyeq"i ilə oyununa çox az vaxt qalıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşma üçün 4500 bilet satışa çıxarılacaq.
Bu biletlərin 4400-ü 1 manata olacaq. VİP zonaya biletlər isə 20-50 manat aralığındadı. Biletləri ancaq stadionun kassalarından əldə etmək mümkündü.
Qeyd edək ki, "Qəbələ" və "Şiroki Briyeq" arasındakı ilk oyun iyulun 3-də Qəbələ şəhər stadionunda keçiriləcək.
