1 iyul 2014 13:07
Neftçinin Avroliqadakı ilk matçının başlanma saatı təsdiqləndi
“Neftçi”nin Avropa Liqasında keçirəcəyi ilk oyunun başlanma saatı təsdiqlənib. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, flaqmanın iyulun 17-də “Bakcell Arena”da keçirəcəyi görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsində “Koper” (Sloveniya) – “Çelik" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Cavab matçı iyulun 24-də səfərdə baş tutacaq.
