1 iyul 2014 12:58

"Futbolçularımız tənbəldi, ona görə xaricə getmək istəmirlər"

AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun azerisport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında işləyən hakimlərdən hansını mövsümün kəşfi saymaq olar?
- 2013/14 mövsümünün kəşfi gənc Ömər Paşayev oldu. İlk mövsümü olmasına baxmayaraq Premyer Liqada 14 oyunda baş hakim kimi meydana çıxdı. Gənc hakimlər daha 1 il Premyer Liqa təcrübəsi qazandı. Bu, bizi sevindirməyə bilməz. Bizim hakimlər korpusu Avropanın ən gənc hakimlər korpusudu. Bu gün Əliyar Ağayev Avropa çempionatının final mərhələsinə dəvət alan 6 hakimdən biridisə, bunu nailiyyət hesab etmək lazımdı. Anar Salmanov bu günlərdə UEFA-nın mənzil qərargahında təlim-məşq toplanışında iştirak etdi. Normativləri yerinə yetirdi. Onun yaxşı şansı var ki, payızda kateqoriyasını yüksəltsin. Həm Anar, həm Əliyar kateqoriyasını yüksəldə bilər. Onlardan biri 1-ci kateqoriyaya yüksəlsə, bu, bizim üçün böyük uğur olacaq. Belə olanda bizə FİFA hakimi kimi əlava daha bir yer verilə bilər. Çempionat zamanı Orxan Məmmədov bizi çox sevindirdi. Derbi oyunlarını yaxşı idarə etdi. Yaxın perspektivdə daha bir neçə gənc hakimi Premyer Liqada sınamaq fikrimiz var.

- Çempionat oyunları zamanı hakimlərlə bağlı narazılıq qalmaqdadı. Bəzi oyunlarda klublar hakimlərin idarəçiliyindən kəskin narazılıq bildirirdilər...
- Hakimlərin işinə narazılıq etmək sadəcə, bəhanə axtarmaqdı. İlk dəfə bu qışda gördüm ki, Antalyada təlim-məşq toplanışından sonra media hakimlərimizə çox dəstək oldu. Jurnalistlər hakimlərə təzyiq etmədi. Əvəzində onlara dəstək oldu. Bu da hakimlərimizin işində müsbət əksini tapdı. Hakimlər oyunları daha yaxşı idarə etdi. Səhvlər də olur. Səhvsiz hakim, ölkə yoxdu. Futbolda hakim səhvləri hər zaman olub, var və olacaq.

- Yayda hakimlər hansı ölkədə hazırlıq keçəcək?
- İyulda hakimlərlə birgə Polşaya yola düşəcəyik. Orada təlim məşq keçiriləcək, hakimlər oyunları idarə edəcəklər. Çempionat zamanı buraxılan səhvlər hamısı video şəklində hazırlanıb. Həmin toplantı zamanı bütün səhvlər təhlil olunacaq. Hakimlərin həmin səhvləri təkrarlamaması üçün iş görüləcək. 10-25 iyul tarixində olacaq hazırlıq. 38 hakim Polşaya yollanacaq. Biz Varşavadan 40 km aralıda məskunlaşacağıq. Ona görə Polşa çempionatının bütün klublarının oyununu idarə etmək şansı olacaq. Zədə səbəbindən Vüsal Əliyev hazırlıqda iştirak etməyəcək.

- Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında iştirakından nə gözləyirsiniz? Qrup mərhələsinə düşmək realdımı?
- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını normal qəbul edirəm. Bunun üçün komandanın gücü var. İstənilən halda Azərbaycan çempionuna inamımız böyükdü.

- 2013/14 mövsümündə Azərbaycan çempionatının ən yaxşı futbolçusu kimi sayırsız?
- Reybaldonu qeyd etməliyəm. "Qarabağ"ın futbolçusu mövsümü yüksək səviyyədə keçirdi. Komandanın çempion olmasında əməyi oldu. Ümid edək ki, Çempionlar Liqasında da yaxşı oyun nümayiş etdirəcək.

- Futbolçularımızın çox legioner həyatı yaşamaq istəmir. "Rubin"də çıxış edən Ruslan Abışov da Azərbaycana qayıtdı. Digər çempionatlarda səviyyə fərqi o qədər güclüdü, yoxsa səbəb başqadı?
- Bu, ilk növbədə onların işlərinə məsuliyyətsiz yanaşmasından irəli gəlir. Klublarımız futbolçuları o qədər şirnikləndirir ki, onların xarici ölkələrə getməyə ehtiyacı qalmır. Orada gedib işləmək lazımdı. Burada 2 saat məşq edirlər. Xaricda 6-7 saat hazırlıq olacaq. Tənbəldilər. Həmin pulu evin içində qazanmaq daha asandı.

- Braziliyada keçirilən dünya çempionatında hansı komandaya azarkeşlik edirsiz?
- Mundialda mən hakimlər komandasına azarkeşlik edirəm. Maraqlı komandalar çoxdu. Braziliya, Almaniya yığmalarının oyununu xüsusi ilə diqqətdə saxlayıram. İspaniyanın da çıxışını xüsusi izləyirdim. Dünya çempionatında əsas maraqlı mübarizənin şahidi olmaqdı. Fikrimcə, bizi qarşıda çox maraqlı oyunlar gözləyir. İndidən hansı hakimin finalı idarə edəcəyini proqnozlaşdırmaq çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.