30 iyun 2014 12:34

Böyükağa Hacıyev: İddialı danışmasam, komandanı sındıraram

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Boluda keçirilən hazırlığın ilk mərhələsindən sonra azerisport.az saytının suallarına cavab verib.

- İlk mərhələdə 3 yoxlama görüşü keçirdiz. Əvvəldən belə planlaşdırılırdı, yoxsa...?
- Əsas bu mərhələdə hazırlıq oyunları barədə düşünmürdük. Futbolçuların bərpa prosesi vacib idi. İkinci mərhələdə oyunların sayı daha çox olacaq. Üstəlik, biz daha güclü rəqiblərlə oynayacağıq. Komandanı ilk növbədə fiziki, texniki və taktiki cəhətdən hazırlamaq lazım idi. Avstriyada artıq biz oyunu fikirləşəcəyik. 4 oyun planlaşdırırıq. Rumıniyanın "Botoşan" komandasıyla mübarizə aparacağıq. 2 dəfə Drezden "Dinamo"su ilə matç olacaq. Daha bir rəqibimiz bu günlərdə dəqiqləşməlidi.

- Transferlər bitdi yoxsa yeni oyunçu lazımdı?
- Fikrimcə, yeni futbolçu gözləməyə ehtiyac yoxdu. Transfer gözləmirəm. Bundan sonra gələn futbolçu mənə kömək edə bilməyəcək. Yeni futbolçunun komandaya uyğunlaşmasına vaxt lazımdı. Ona görə yeni oyunçu gözləmirəm. "Köhnə qvardiya" ilə meydana çıxmaq daha yaxşıdı.

- Julius Vobayın vəziyyəti nə yerdədi?
- Vobay məşqlərdə həvəslə işləyir. Düşərgəyə gələndə 6 kiloqram artıq çəkisi var idi. Bakıya qayıdanda artıq 1.5 kq artıq çəki qalmışdı. Avstriyada formasını bərpa etməlidi. Onu nəzarətdə saxlayıram. Hər zaman nəzarətdədi. Topla rəftarı yaxşı vəziyyətdədi, ona görə şikayət yoxdu.

- Erik Ramosun qayıdışı yəqin komandaya xeyirli olacaq?
- Ramos hazırlığa gecikdiyi üçün fərdi məşq etdi. Biz keçdiyimizi məcbur olduq Ramosla fərdi olaraq tətbiq etdik. Çünki, məşqdə hər günün hökmü var. Ramosun komandaya çox faydası olacaq. Onun qayıdışı "Neftçi" üçün yeni bir transfer kimidi.

- Rəşad Sadiqovun "Xəzər Lənkəran"a keçməsi adi qarşılanmadı...
- Biz həm Sadiqovla, həm Mahir Şükürovla yaxşı münasibətdəyik. Sadiqovun Lənkəran təmsilçisinə transferinə normal baxmaq lazımdı. İstər futbolçu, istər məşqçinin daimi oturacaq yeri yoxdu. Hər zaman yeni komandaya keçə bilər. Onlara gələcək karyerasında uğurlar arzulayıram.

- Püşkə münasibətiniz necədi? Sloveniya yoxsa Monteneqro?
- Bizim üçün fərqi yoxdu. Hər halda hansı udsa, deməli o daha güclüdü. Biz öz oyunumuza hazırlaşacağıq. Avstriya hazırlığını 2 gün azaltmışıq. Çünki, həm Boluda yüksək dağlıqda hazırlaşmışıq. Həm də Avstriyada yüksəklikdə məşq edəcəyik. Bakıya qayıdanda problem olmaması üçün hazırlığı tez başa vuracayıq. İyulun 10-u Vətəndə olacayıq. İstənilən rəqibə qarşı mübarizə aparmağa hazırıq. Avropada zəif klub yoxdu.

- Komandada itkilər varmı?
- Heç kim bilmədəyi məlumatı verəcəm. Denis Silva bizə kömək edə bilməyəcək. Hazırlıq zamanı onun ayağında zədə olduğu aşkarlandı. Bir ay məşqlərdə iştirak etməyəcək. İlk oyunlarda iştirak etməyəcəyi dəqiqləşib.

- Komandanın hədəflərini bilmək istərdik. "Neftçi" hər zaman yüksək yerlər uğrunda oynayıb...
- "Neftçi" iddialı olaraq qalır. Bu dəfə məqsədlərimizi söyləməyəcəyik. Çalışacağıq mümkün qədər irəli gedək. İddialarımızı gizli saxlayacayıq. İndidən nəsə söyləmək istəməzdik. Futbolda bəzən futbolçu və məşqçilərdən asılı olmayan amillər var. Kənar amillər də oyuna təsir edir. Bəzi kiçik problemlərimiz olsa, belə komanda Avropa Liqasında sona qədər mübarizə aparacaq.

- "Skenderbeu" rəsmisi söyləyib ki, "Neftçi"ni baş məşqçinin sözlərinə görə cəzalandırdıq...
- Futbolda sürprizlər hər zaman olur. Mən heç vaxt ağlaya bilmərəm. İddialı danışmasam, komandanı sındıraram. Bizim gücümüz bəllidi. "Neftçi"nin məğlubiyyəti sürpriz oldu. İndi davam edən dünya çempionatında da qalib sürpriz yığma ola bilər. Çempion sürpriz ola bilər.

- Berti Foqtsun ABŞ millisində məsləhətçi olmasını necə qarşıladız?
- Düzünü deyim ki, fikrimcə, Klinsmanın Foqtsa ehtiyacı yoxdu. Məncə, Klinsmanın komandanı idarə etməsinə gücü, səviyyəsi və savadı çatır. ABŞ millisinin uğurlarını başqasının ayağına yazmayaq. Nəticələrə görə Klinsman cavabdehdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.