30 iyun 2014 11:55
"Neftçi ilə düşməklə bəxtimiz gətirmədi"
Sloveniyanın "Koper" klubunun yarımmüdafiəçisi İvitsa Quberaç Avropa Liqasının birinci və ikinci təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz "Çelik" səddini keçəcəyik. Öz gücümüzə inanıram. Monteneqro klubu bizə rəqib ola bilməz. Növbəti mərhələdəki rəqibimiz "Neftçi"yə gəlincə, bu, həqiqətən yaxşı komandadı. Bakılılar haqda mənim məlumatım var. Hesab edirəm ki, bu komandanın bizə düşməsində bəxtimiz gətirmədi. "Neftçi" ilə oyunlar çətin olacaq. Məndə inam var ki, Azərbaycan komandasını da keçəcəyik. Amma "Neftçi"nin favorit olması da mümkündü".
