30 iyun 2014 11:15
Millimiz FİFA reytinqində 73-cü olacaq!
İyul ayının ortalarında, dünya çempionatı başa çatdıqdan sonra FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni reytinq siyahısında xeyli irəliləyəcək.
Qeyd edək ki, hazırda 83-cü pillədə olan millimiz üçün bu göstərici tarixi nəticədi. Amma Azərbaycan bu göstəricisini daha da yaxşılaşdırmaq şansına malikdi. İyun ayı üçün balansına daha 14 bal əlavə edəcək komandamız 73-cü pilləyə qalxacaq. Belədə, Bolqarıstana yaxınlaşacaq komandamız Makedoniya, Avstraliya və Belarusu qabaqlamış olacaq.
Berti Foqtsun komandası keçmiş SSRİ ölkələri arasında Rusiya, Ukrayna, Ermənistan və Özbəkistandan sonra beşinci olacaq.
