30 iyun 2014 17:12
Viktor İqbekoyi AZAL-la yeni müqavilə imzaladı
AZAL yeni mövsüm üçün güclü heyət yığmaq yolunda növbəti addımı atıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu 2009-cu ildən klubun şərəfini qoruyan, müqaviləsi başa çatmış Viktor İqbekoyi ilə yeni saziş əldə edib.
1 illik müqaviləyə qol çəkən Viktor qarşıdakı mövsümü məhz “təyyarəçi” kimi keçirəcək. (klub saytı)
