Əliyevin Xəzər Lənkərana keçidi Hafiz Məmmədovdan asılıdı
Rauf Əliyevin transferi "Bakı"nın prezidenti Hafiz Məmmədovdan asılıdı. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" millinin futbolçusu Rauf Əliyevlə bağlı "Bakı" klubuna rəsmi müraciət ünvanlayıb.
Vitse-prezident Yaşar Seyidovun sözlərinə görə Rauf cənubluların heyətinə keçmək istəyir. Lakin baş məşqçi Milinko Pantiç onun komandada qalmasında israrlıdı. Buna görə də Rauf Əliyevin məsələsində son sözü klub prezidenti Hafiz Məmmədov söyləyəcək.
"Bakı"nın prezidenti eyni zamanda Əfran İsmayılovla Cavid Hüseynovun məsələsinə aydınlıq gətirməlidi. Hər iki futbolçu komandanı tərk etmək istəyində olduğunu söyləyib. Milinko Pantiç İsmayılovla Hüseynovu heyətdə görmək istəsə də, futbolçular qərarlarını dəyişmək fikrində deyil. Bu səbəbdən müqaviləsi olan futbolçuların məsələsində son qərar Hafiz Məmmədova məxsusdu.
