30 iyun 2014 15:54
Tiraspol - İnter matçını xorvat hakim idarə edəcək
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Moldova "Tiraspol"u ilə Bakı "İnter"i arasındakı ilk oyunun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu oyunu xorvatiyalı hakimlərə tapşırıb.
Belə ki, Tiraspolda baş tutacaq qarşılaşmanı Ante Vuçemiloviç idarə edəcək.
Qeyd edək ki, "Tiraspol" - "İnter" matçı iyulun 3-də keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək.
