30 iyun 2014 14:35
Bakının Avstriya səfəri təxirə salındı
"Bakı" klubunun Avstriya toplanışı təxirə salınıb. Klubun vitse-prezidenti Yaşar Seyidovun azerisport.az saytına verdiyi məlumata görə, komandanın səfərə nə vaxt çıxacağı məlum deyil.
Hazırda yerli futbolçular üçün viza alınması istiqamətində işlər aparılır. Yalnız bundan sonra komandanın səfərə nə vaxt çıxacağı dəqiqləşəcək.
Qeyd edək ki, baş məşqçi Milinko Pantiçin planına əsasən komanda bu gün Avstriyaya yollanmalıydı.
