30 iyun 2014 13:41
Millimizin forvardı Almaniya klubuna keçdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, o, "Kayzerslautern"lə yollarını ayırıb.
22 yaşlı forvard bundan sonra "Tsvaybrükken"də çıxış edəcək. Hücumçusunun yeni komandası son mövsümü 7-ci pillədə başa vurub.
Xatırladaq ki, Dadaşov son mövsüm "Kayserslautern"də 23 oyuna 5 qol vurub.
