30 iyun 2014 01:18
Simurq Ukrayna klubu ilə oynamayacaq
"Simurq"un Ukraynanın "Zarya" klubu ilə yoxlama oyunu keçirəcəyi barədə xəbərlər yayılmışdı. Lakin azerisport.az xəbər verir ki, bu görüş baş tutmayacaq.
Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. Lakin öncədən məhz bu klubun rəsmi saytı tərəfindən keçiriləcəyi açıqlanan qarşılaşmanın niyə baş tutmayacağı barədə açıqlama verilmir.
