30 iyun 2014 01:07
Qarabağın rəqibi iki yeni futbolçu alır
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Malta "Valletta"sı heyətə iki yeni futbolçu cəlb etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Malta mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən komanda portuqaliyalı yarımmüdafiəçi Uqo Fariem və Birləşmiş Ərəb Əmirliklərindən olan müdafiəçi Hamed Alka-mali ilə güclənmək istəyir. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanmalıdı.
