30 iyun 2014 13:18
Orduspor Cavadovun ilinə 300 000 dollar təklif edib
Türkiyənin "Orduspor" klubu da Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovu transfer etməkdə maraqlı imiş. Azerisport.az xəbər verir ki, hətta bu komanda "İnter"in sabiq forvardının ilinə 300 000 ABŞ dolları təklif edib.
Lakin o, PTT 1-ci Liqanın digər klubu "Qaziantep BB"-yə keçməyə üstünlük verib.
