Uinston Parks: Zədəm olmasaydı, indi də Bakıda oynayırdım
"Xəzər Lənkəran" və "Bakı"nın sabiq hücumçusu Uinston Parks azerisport.az saytının əməkdaşı ilə söhbətləşib. O, öncə cənub klubundakı günlərini xatırlayıb:
"Xəzər Lənkəran" mənim qəlbimdə xüsusi yer tutur. Bu komandada çox yaxşı günlərim olub. Orada uğura nail olmuşam, gözəl azarkeşlərin dəstəyi altında çıxış etmişəm. Orada çıxış etməsəm də, internetlə nəticələrini həmişə izləyirəm. Təəssüf ki, son mövsümdə yenə uğur qazana bilmədilər".
Parks "Xəzər Lənkəran"dan "Bakı"ya səs-küylü transferindən də danışıb: "Bakı"ya transferim çox müzakirə olundu, bunu özüm də bilirəm. Amma bu komandada oyunum alınmdı. Əsasən də zədə səbəbindən. Əgər zədə olmasaydı, yəqin ki, hələ də orada çıxış edirdim".
O, hazırkı işlərindən də danışıb: "Mənim son klubum "Uruqvay de Koronada" olub. Baş məşqçi həmyerlim Karlos Uotson idi. Amma indi o klubu da tərk etmişəm, hələ ki, işsizəm. Azərbaycana qayıtmaq? Düzünü deyim ki, indi məni kiminsə ora dəvət edəcəyinə inanmıram".
