29 iyun 2014 12:55
Böyükağa Hacıyev: ABŞ-ın uğuru Foqtsla yox, Klinsmanla bağlıdı
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan millisinin almaniyalı çalışdırıcısı Berti Foqtsun DÇ-2014-də çıxış edən ABŞ yığmasında həmyerlisi Yurgen Klinsmanın məsləhətçisi kimi çalışmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çoxları elə hesab edir ki, Berti Foqts öz məsləhətləri ilə ABŞ yığmasına çox böyük kömək göstərir. Mən elə düşünmürəm. ABŞ yığmasına Yurgen Klinsman başçılıq edir. Onun kifayət qədər təcrübəsi var. Baş məşqçi başqa şeydi, məshələtçi başqa. Əgər Foqts elə ağıllı məsləhətlər verən mütəxəssisdisə, onda qoy ilk işi Azərbaycanyığmasına kömək etmək olsun".
