29 iyun 2014 12:19

Elnur Allahverdiyev: Şiroki Briyeqə ilk oyunda 3 cavabsız qol vurmaq pis olmazdı

"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- İlk növbədə Sloveniya toplanışı barədə fikirlərinizi bilmək istərdik...
- Bizim üçün vacib dönəm idi. Çünki yeni baş məşqçimizlə məhz bu toplanış zamanı tanış olduq. Toplanış ağır keçdi. Vaxt az olsa da, ondan yaxşı yararlandıq.

- Komandanı çoxlu futbolçu tərk edib. Xüsusilə hücum xəttinin aparıcı üzvləri olan Daniel Subotiçlə Lorenso Ebesilionun gedini qeyd etmək lazımdı. Çətin olmayacaq?
- Digər futbolçular da hamısı yaxşı oyunçular idi. İstəməzdim ki, komandamızı tərk etsinlər. Amma digər tərəfdən onlar gedibsə, deməli, belə lazım imiş. Əvəzində "Qəbələ"yə 3 yeni futbolçu gəlib. İki rumın oyunçunu - Adrian Ropotanla Andrey Kristeanı xüsusi qeyd etmək istəyirəm. Son yoxlama oyunu da göstərdi ki, onlar yaxşı icraçıdılar. Fikrimcə, onların sayəsində Subotiçlə Ebesilionu unuda biləcəyik.

- Amma komandanızın ilk dəfə qatıldığı Avropa Liqasında debüt matçına çıxmasına cəmi bir neçə gün qalıb...
- Hə, əlbəttə, bu, bizim üçün mənfi haldı.

- "Şiroki Briyeq"lə oyunlarda komandanızın şanslarını necə qiymətləndirirsiz?
- Bu cütdə favorit yoxdu. Avrokuboklarda debüt edəcəyik. Buna baxmayaraq, "Qəbələ" birinci mərhələni keçməlidi. İstəmirəm desinlər ki, elə startdaca uduzdular. İlk avrokubok mövsümümüzdə yaddaqalan çıxış etmək istəyirik.

- Görüşün Qəbələdə keçirilməsi sizin üçün böyük üstünlükdü?
- Bu, ciddi üstünlükdü. Doğma meydanda, doğma azarkeşlərin gözü önündə oynamaq həmişə əlavə üstünlük verir. Həm də bütün mövsümü bu meydanda çıxış etmişik.

- İlk oyunda sizi hansı nəticə qane edəcək?
- "Xəzər Lənkəran"a qarşı kubokun yarımfinalındakı ilk oyunumuzu xatırlayırsız?

- "Qəbələ" ilk oyunda 3:0 hesabıyla qalib gəlmişdi...
- Bax elə bir qələbə qazanıb, Bosniyaya sakit yollanmağımız pis olmazdı. Bu, ideal nəticədi. Amma 2:0 da yaxşı nəticə olardı. Əsas qol buraxmamaqdı. Hətta 0:0 hesabı da səfər oyunu öncəsi üstünlük sayılır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.