29 iyun 2014 11:52
Şiroki Briyeq Qəbələ ilə oyun öncəsi 3 futbolçusu ilə yollarını ayırdı
Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubu üç futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan bu klub qitə miqyaslı turnir öncəsi Yozo Şpikiç, Zvonimir Blaiç və Kresimir Kordiçlə yolları ayırıb.
Şpikiç Xorvatiya çempionatının gümüş mükafatçısı "Rieka"ya keçib, son iki futbolçu isə Bosniya çempionu "Jrinski"yə keçiblər.
