Qalin İvanov: Levskidən Xəzər Lənkərana görə imtina etdim
"Xəzər Lənkəran"ın yeni transferi Qalin İvanovun azerisport.az saytına müsahibəsi
- Sizin "Xəzər Lənkəran"a keçidiniz necə baş tutdu?
- Təklif gəldi, üzərində düşündüm və razılaşdım.
- Artıq komandanın məşqlərində iştirak edirsiz. Necədi?
- Hər şey yüksək səviyyədədi. Gözəl atmosfer var. Özümü kənar hiss etmirəm. Yeni komanda yoldaşlarım da məni yaxşı qarşıladılar.
- Bolqarıstan mətbuatı sizin "Levski"dən imtina etdiyinizi yazır. Niyə?
- Bu, düzdü. "Levski" həqiqətən məni almaq istəyirdi. Amma mən "Xəzər Lənkəran"ı seçdim. Gücümü ölkə kənarında sınamaq istəyirdim.
- Düşünmürsüz ki, nə vaxtsa peşman ola bilərsiz?
- Xeyr. Mən təklifləri həmişə diqqətlə götür-qoy edirəm. XL mənim istədiyim kimi komandadı.
- Klub barədə nə bilirsiz?
- Elə də çox məlumatım yoxdu. Amma bilirdim ki, ölkənin güclü klublarındandı.
- Əvvəllər Almaniyanın "Arminiya" klubunda da çıxış etmisiz. Oradakı karyeranız necə keçib?
- Pis alınmayıb. İnanıram ki, XL-də də təxminən o cür qarşılanaram. Mən öz gücümə, komandama güvənirəm.
