29 iyun 2014 15:17
Murad Hüseynov yenidən Azərbaycan millisinə qayıtmaq istəyir
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Murad Hüseynov yenidən millimizə qayıtmaq arzusundan danışıb. Azerisport.az saytına açıqlamasında hazırda Latviya "Dauqava"sında çıxış edən futbolçu bunları söyləyib:
"Azərbaycanda məni unudublar, ya yox, bunu bilmirəm. Bu barədə məndən soruşmaq lazım deyil. Nə deyə bilərəm ki? Berti Foqtsa gəlincə, o da mənə hər gün zəng edəsi deyil ki. Onunla dost deyilik. Foqts tanınmış simadı, Azərbaycan yığmasının baş məşqçisidi. Mən Latviya çempionatında özümü göstərməyə çalışacam ki, yenidən yığma komandaya qayıdım".
