29 iyun 2014 13:31
Muntyanu: Şiroki Briyeq favorit deyil
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis bunları söyləyib:
"İndiki "Qəbələ" ötən mövsüm Yuri Syominin rəhbərliyi altında çıxış edən həmin komanda deyil. Yeddi futbolçu gedib, ona görə də yeni komanda qururuq. Bosniyalılara gəlincə, "Şiroki Briyeq" elə də güclü komanda deyil. Onları xüsusi izləməmişəm. Bir şeyi dəqiq bilirəm ki, "Şiroki Briyeq" bizimlə oyunda favorit deyil. Onları mübarizədən kənarlaşdırmağa çalışacağıq".
