28 iyun 2014 12:36
İnterin rəqibi Toma uduzdu
Moldovanın "Tiraspol" klubu təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək Bakı "İnter"inin bu turnirin birinci təsnifat mərhələsindəki rəqibi Rusiya "Tom"u ilə üz-üzə gəlib.
Rusiya təmsilçisi bu oyunda "Tiraspol"dan güclü olub - 2:1. Moldovalıların heyətində Yevgeni Sidorenko fərqlənib.
