28 iyun 2014 11:44
"Əminəm ki, İnter Tiraspolu keçəcək"
"İnter"in sabiq hücumçusu Aleksandr İaşvili "bankirlər"in Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Moldova "Tiraspol"u ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zəif rəqib olmur. Bunu dünya çempionatı bizə bir daha göstərdi. Amma eyni zamanda rəqib elə nəhəng də deyil. Əminəm ki, "İnter" "Tiraspol"u keçəcək. Keçmiş komandamın daha güclü heyətə malik olduğunu düşünürəm. Ümid edirəm ki, hər şeyə elə ilk oyundaca aydınlıq gətiriləcək".
