28 iyun 2014 20:05
Muntyanu Avroliqa öncəsi Qəbələyə istirahət verdi
"Qəbələ"nin Sloveniyadakı təlim-məşq toplanışı başa çatıb. Azerisport.az xəbər verir ki, komanda artıq geri qayıdıb.
Baş məşqçi Dorinel Muntyanu bu gün yetirmələrinə istirahət verib. Sabah "Qəbələ" yenidən bir araya gələcək və Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Bosniya "Şiroki Briyeq"i ilə ilk oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, bu oyun iyulun 3-də keçiriləcək və saat 20:00-da start götürəcək. Oyunun biletləri isə iyunun 30-dan etibarən satışa çıxarılacaq.
