28 iyun 2014 15:30
İnter və Qəbələ Avropa Liqasındakı cavab matçlarının vaxtını bildi
Avropa Liqasında Azərbaycanı təmsil edəcək "İnter" və "Qəbələ" klublarının bu turnirin birinci təsnifat mərhələsi çərçivəsindəki cavab oyunlarının vaxtı müəyyənləşdi. Azerisport.az xəbər verir ki, "İnter" Moldova "Tiraspol"u ilə "Şəfa" stadionunda Bakı vaxtı ilə 21:00-da üz-üzə gələcək.
"Qəbələ" isə Bosniya "Şiroki Briyeq"i ilə "Petsara" stadionunda qarşılaşacaq. Bu oyun saat 22:30-da start götürəcək.
