28 iyun 2014 14:41

Vaqner Laqo: İlk oyunun Qəbələdə olması bizim üçün üstünlükdü

Bosniya və Herseqovina "Şiroki Briyeq"inin hücumçusu Vaqner Laqonun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ" ilə mübarizə aparacaqsız. Püşkün nəticəsini necə qarşıladız?
- Püşkün nəticəsinin bizim üçün kifayət qədər uğurlu olduğunu deyə bilərəm. Amma "Qəbələ" haqda heç bir məlumatımız yoxdu. Çox çətin olacaq. Azərbaycan çempionatının səviyyəsi yüksəkdi.

- Azərbaycan klubu haqda heç nə bilmirsiz?
- Müəyyən bildiklərimiz var. Məsələn, Dodo ilə yaxşı tanışam. "Dinamo"da birgə çıxış etmişik.

- İlk oyunun Azərbaycanda keçirilməsi sizin üçün üstünlükdü?
- Əlbəttə. "Qəbələ" avrokuboklarda ilk dəfə iştirak edəcək. Amma bizim bu turnirdə müəyyən təcrübəmiz var. Baxmayaraq ki, bunun bizə çox köməyinin dəyəcəyini düşünmürəm.

- "Şiroki Briyeq" favoritdi?
- Xeyr. Şanslar bərabərdi.

- Yəqin ki, "Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanunu yəqin ki, yaxşı tanıyırsız...
- Bəli, onu bütün Bosniya tanıyır. Kristea ilə Ropotanı da tanıyıram. Amma mənə elə gəlir ki, hətta ən yüksək səviyyəli məşqçi və oyunçulara da uyğunlaşmaq üçün vaxt lazımdı.

- Çempionluğu son turda əldən verən komandanızda hazırkı vəziyyət necədi?
- Fikrimcə, çox yaxşı komandamız var. 25-ci turda "Jrinski" ilə oynayırdıq. 82-ci dəqiqəyə qədər 2:0 hesabıyla öndə olsaq da, qalan dəqiqələrdə 3 top buraxaraq məğlub olduq. Bu üzdən də ikinci olduq.

- Yarımmüdafiəçi olsaz da, son mövsüm Bosniya çempionatının bombardiri oldunuz...
- Mən hücumameylli yarımmüdafiəçiyəm. Hücumların təşkilində elə hücumçular qədər fəal iştirak edirəm. Mövsüm mənim üçün gözəl alındı. Amma Avropa Liqasında da qol vurmaq istəyirəm.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.