28 iyun 2014 14:24
Çernatın Xəzər Lənkərana keçidi baş tutmaya bilər
"Xəzər Lənkəran" rumıniyalı futbolçu Florin Çernatı transfer etməyə çalışır. Azerisport.az xəbər verir ki, cənubluların cəhdlərinə baxmayaraq, bu keçid baş tutmaya bilər.
Məsələ burasındadı ki, Çernatı almaq istəyən klubların sırasına Türkiyə təmsilçiləri də qoşulub. "Karşıyaka" və "Bucaspor" da onu istəyir.
Son söz Çernatındı. Vaxtilə Kiyev "Dinamo"sunda çıxış etmiş futbolçu yaxın günlərdə qərarını açıqlamalıdı.
