28 iyun 2014 14:05
Xuan Manuel Varea: Şiroki Briyeqə Qəbələ barədə məlumat verməmişəm
"Rəvan"ın yarımmüdafiəçisi Xuan Manuel Varea bəyan edib ki, vaxtilə çıxış etdiyi Bosniya "Şiroki Briyeq"inə "Qəbələ" barədə heç bir məlumat verməyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir neçə dostum hələ də o komandada çıxış edir. Amma mən onlara "Qəbələ" barədə məlumat toplamağa kömək etməmişəm. Onsuz da onlar bundan heç bir fayda görməyəcəklər. Kimə azarkeşlik edəcəm? Qoy güclü olan qalib gəlsin".
