28 iyun 2014 00:45
Vaqif Cavadov: Rusiyaya görə çox üzüldüm
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov azərisport.az saytına açıqlamasında Rusiya millisinin mundialdakı çıxışını dəyərləndirib:
"Çox üzüldüm. Rusiyanın 1/8 finala çıxacağını gözləyirdim. Yaxşı heyətləri var. Sadəcə, Əlcəzair əzmkar oyun nümayiş etdirdi. Xarakter göstərdi. Rusiya üçün dünya çempionatının belə erkən başa çatacağını gözləmirdim. Amma İspaniya, İtaliya, Portuqaliya kimi komandaların uğursuzluğunu nəzərə alsaq, Rusiyanın pley-offa çıxmaması senssasiya deyil".
