28 iyun 2014 13:14
"Azərbaycan istirahət üçün ən sevimli məkanımdı"
Futbol üzrə İngiltərə yığmasının sabiq kapitanı, "Qəbələ"nin keçmiş baş məşqçisi Toni Adams istirahət üçün ən sevimli məkanının adını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında bunları qeyd edib:
"Azərbaycan istirahət üçün mənim ən sevimli məkanımdı. Orada 4 il çalışmışam. Bu ölkəni xarakterizə etmək çox çətindi. Bu, biz növ Dubay, Moskva və İstambulun yığmasıdı".
