28 iyun 2014 12:55
Jerve Martel: Gələn həftə Azərbaycandan pul gələcək
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel komandanın Liqa 1-ə buraxılmamasının səbəbini izah edib. Azerisport.az xəbər verir ki, azərbaycanlı biznesmen, "Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu klubun prezidenti yaranan vəziyyətlə bağlı bunları bildirib:
"Bizim Liqa 1-ə yüksəlməyimiz müvəqqəti olaraq dayandırılıb. Biz Azərbaycandan ona görə pul ala bilmədik ki, 26 iyun bu ölkədə milli bayram idi. Pul ayın 25-nə qədər gəlməliydi. Amma bu səbəbdən gələn həftəyə qaldı. Əminəm ki, biz növbəti mövsümdə Liqa 1-də çıxış edəcəyik. Sadəcə, gözləmək lazımdı".
