28 iyun 2014 00:12

Erqaşev: Azərbaycanda ispan futbolu oynanılır

"Qəbələ"nin sabiq müdafiəçisi, Qazaxıstanın "Jetısu" klubuyla müqavilə imzalayan Davron Erqaşev yerli mətbuata müsahibəsində Azərbaycandakı karyerasından danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- "Jetısu"ya qayıtmaq variantı necə yarandı?
- "Qəbələ" ilə müqaviləm yarım illik idi. Azərbaycan klubu ilə müqaviləmin vaxtı bitmək üzrə olarkən "Jetısu" rəsmiləri tez-tez mənimlə əlaqə saxlayaraq, geri qayıtmağımı təklif edirdilər. Bu üzdən də sözügedən klubun təklifini qəbul etməyə qərar verdim. Çünki ötən mövsüm bu komandada çıxış etmişdim. Burada yaxşı şərait var. Uşaqlarla, baş məşqçiylə tanışam. Ona görə də geri qayıtdım.

- Azərbaycanda keçirdiyiniz yarım il nə ilə yadda qaldı?
- Azərbaycanda yaxşı çempionat var. Azərbaycan və Qazaxıstan futbolu arasındakı fərq yalnız ondan ibarətdi ki, burada əsas güc futboluna üstünlük verilir, hər oyunda çoxlu mübarizə var. Amma Azərbaycanda texnikalı futbola üstünlük verirlər. Belə demək mümkünsə, Qaxaxıstanda İngiltərə, Azərbaycanda İspaniya futbolu oynanılır.

- Bəs başqa nə fərqlər?
- Başqa xüsusi fərqlərin şahidi olmadım.

- Azərbaycan futboluna tez alışdınız?
- Ötən mövsüm "Jetısu"da bütöv mövsüm keçirmişdim. Sonra "Qəbələ"yə yollandım. Həmin vaxt Azərbaycan çempionatında ikinci dövrə gedirdi. İlk dövrədən sonra komandamız birinci pillədə gedirdi. Əlbəttə, əvvəllər mənə bir qədər çətin idi. Amma sonra hamıya alışdım, yerli şəraitə uyğunlaşdım və əksər oyunlarda meydana çıxdım.

- "Qəbələ"də Yuri Syominin rəhbərliyi altında oynayırdız. Bu mütəxəssis barədə nə deyə bilərsiz?
- Syomin çox yaxşı mütəxəssisdi. Ondan çox şey öyrəndim. Maraqlı məşqləri vardı, uşaqları taktika üzərində çox çalışdırırdı. O, çox yaxşı məşqçidi və şadam ki, belə bir mütəxəssislə işləmək mənə müyəssər oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.