28 iyun 2014 00:01
Eldin Adiloviç: Azərbaycan klubuna keçib-keçməyəcəyim bu gün bilinəcək
Türkiyənin "Samsunspor" klubunun hücumçusu Eldin Adiloviç bəyan edib ki, o, bu gün Azərbaycan klubu ilə müqavilə imzalaya bilər. Azerisport.az saytına açıqlamasında futbolçu bunları dilə gətirib:
"Xeyli klubdan təklif almışdım. Həmçinin də Azərbaycandan. Azərbaycan klubuna keçib-keçməyəcəyimə bu gün aydınlıq gələcək. Etiraf edim ki, avrokuboklarda oynamaq istəyirəm".
