27 iyun 2014 00:51
Lixtenşteyn yığmasının üzvü Azərbaycan klubu ilə müqavilə bağlamağa yaxındı
Futbol üzrə Lixtenşteyn yığmasının müdafiəçisi Olcay Gür bəyan edib ki, o, tezliklə Azərbaycan klublarından biri ilə müqavilə imzalayacaq. Azerisport.az saytına açıqlamasında futbolçu bunları bildirib:
"Danışıqlarda inkişaf var. Dayım Azərbaycanla daim əlaqə saxlayır. Sadəcə, bəzi sənəd işlərini yoluna qoymaq qalır. Qalan hər şey artıq razılaşdırılıb".
Qeyd edək ki, Olcayın AZAL və "Neftçi" ilə danışıqlar apardığı bildirilir.
