27 iyun 2014 00:01
Qarabağın rəqibi Avropa Kubokunun qalibi oldu
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Malta "Valletta"sı beynəlxalq turnirin qalibi adını qazanıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda yoxlama oyunları üzrə Avropa Kubokunda ən güclü olub.
"Valletta" son oyunda "Hibernians"a 2:1 hesabıyla qalib gələrək bütövlükdə 7 xal toplamağa nail olub. "Qarabağ"ın rəqibi daha öncə "Birkirkara" ilə heç-heçə (1:1) etmiş, "Slima Uonderers"ə 4:2 hesabıyla qalib gəlmişdi.
Abdelkarim Nafti vurduğu iki qolla bu turnirin qəhrəmanına çevrilib. Fəxri mükafatı "Valletta"nın kapitanı Rayan Fenexə təqdim ediblər.
