27 iyun 2014 18:23
Əliyev: Xəzər Lənkərana keçməmişəm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev bəyan edib ki, o, "Bakı"nı "Xəzər Lənkəran"a dəyişməyib. Azerisport.az saytına açıqlamasında futbolçu bunları söyləyib:
"Mən "Bakı"nın futbolçusuyam və heç bir başqa kluba keçməmişəm. "Xəzər Lənkəran"a keçdiyim haqda xəbərlər həqiqəti əks etdirmir".
