27 iyun 2014 17:55
Azərbaycanlı qapıçı Türkiyə klubuna keçəsi olmadı
Azərbaycanlı qapıçı Kamal Bayramov Türkiyənin "Girəsunspor" klubuna keçməyəcək. Azerisport.az xəbər verir ki, futbolçunun indiki klubu "Rəvan"ın qarşı tərəfdən çox pul istəməsi transferlə bağlı danışıqların dondurulmasına səbəb olub.
Belə ki, "Girəsunspor" Azərbaycan klubunun tələb etdiyi məbləği ödəmək istəməyib.
