27 iyun 2014 16:44
Oğuz Çətin: Hamıdan razıyam
"Xəzər Lənkəran"ın baş məşqçisi baş məşqçisi Oğuz Çətin komandasının Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə mətbuatına açıqlamasında bunları söyləyib
"Eşitmişdim ki, Ərzurumda yaxşı futbol infrastrukturu var. Ona görə bura gəlmək istədik. Komanda bura gəlməzdən öncə də gəlib, şəraitlə maraqlanmışdım. Belə mərkəzlərə tələbat olmalıdı. Belə toplanışları Ərzurumda həyata keçirmək çox xoşdu. Hamıdan razıyam".
