27 iyun 2014 15:51
Rauf Əliyev Xəzər Lənkəranla müqavilə imzalayır
Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın futbolçusu Rauf Əliyev karyerasını "Xəzər Lənkəran"da davam etdirəcək. Azerisport.az xəbər verir ki, cənublularla "Bakı" klubu arasında danışıqlar yekunlaşmaq üzrədi.
Paytaxt təmsilçisiylə müqaviləsi olan Rauf Əliyev gələn həftə "Xəzər Lənkəran"la rəsmi müqavilə imzalayacaq. Razılaşmanın müddəti açıqlanmır.
