27 iyun 2014 15:32
Qəbələnin rəqibi finalda uduzdu
"Qəbələ"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan Bosniya "Şiroki Briyeq"i Xorvatiyada təşkil olunan xeyriyyə turnirinin iştirakçısı olub. Azerisport.az xəbər verir ki, Qoyko Şuşak xatirəsinə həsr olunan turnirdə daha üç komanda iştirak edib.
Bunlar yerli "Split", "İmotski" və "Neretvanats Opizen" olub. Bosniyalılar həlledici görüşdə "Split"lə üz-üzə gəliblər 2:3 hesabıyla uduzublar.
