27 iyun 2014 15:03
Rail Məlikova 3 Türkiyə klubundan dəvət var
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikov özünə yeni klub axtarmaqda davam edir. Azerisport.az xəbər verir ki, hazırda ona üç Türkiyə klubundan dəvət var.
Onların hamısı PTT 1-ci Liqada çıxış edir. Məlikov hələlik təklifləri götür-qoy etməklə məşğuldu.
Onun karyerasını vətəndə davam etdirmək ehtimalı da var.
