27 iyun 2014 14:46
Qalin İvanov: Xəzər Lənkərana baxışa gəlməmişəm
Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanov bəyan edib ki, o, "Xəzər Lənkəran"ın düşərgəsinə baxışa yox, birbaşa müqavilə imzalamağa gəlib. Azerisport.az xəbər verir ki, futbolçu bolqar həmkarlarımıza açıqlamasında bunları söyləyib:
"Müqavilə üçün hər şey hazırdı. İyunun 27-də "Xəzər Lənkəran"ın oyunçusu olacam. Mən bura baxışa yox, birbaşa müqavilə imzalamağa gəlmişdim".
