27 iyun 2014 14:15
Vaqif Cavadov Türkiyə klubuna keçdi
Futbol üzrə Azərbaycan yığmasının və Bakı "İnter"inin hücumçusu Vaqif Cavadov karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, qardaş ölkənin PTT 1-ci Liqasında çıxış edən "Qaziantep BB" klubuna keçib.
Tərəflər iki illik müqaviləyə imza atıblar.
