27 iyun 2014 13:30

Tahir Süleymanov: Türkiyədə Azərbaycan futbolunu düzgün qiymətləndirmirlər

Növbəti mövsümə hazırlıqlarını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi"nin düşərgəsinə qardaş ölkədən olan həmkarlarımız da təşrif buyururlar, komandamızla maraqlanırlar. Azerisport.az xəbər verir ki, paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov qardaş ölkə mətbuatına müsahibəsində bir sıra sualları cavablandırıb.

- Təlim-məşq toplanışı üçün Türkiyəni seçməyinizin səbəbini öyrənə bilərik?
- Öncə bütün Azərbaycan adından Türkiyəyə salamlarımı çatdırıram. "Neftçi" komandası adından da Türkiyə futbolsevərlərinə salam olsun. Bizim bir millətimiz, iki dövlətimiz var. Biri Türkiyə, biri də Azərbaycan. Türk Cumhuriyyətləri çoxdu. Fikrimcə, Türkiyə ilə Azərbaycan çox yaxındı və biz Türkiyə dövlətini, millətini çox sevirik. Hər il Türkiyədə təim-məşq toplanışı keçirik. Bu sahədə Türkiyədə çox gözəl yerlər inşa edilib. Nəhəng komandalar hazırlıq üçün buraya üz tuturlar. Bunun da hər zaman xeyrini görürürk. 5 ildi ki, klub prezidenti ilə bu komandaya rəhbərlik edirik. "Neftçi" Azərbaycanın ən köklü komandasıdı, SSRİ-nin vaxtında hər zaman yüksək liqada mübarizə aparırdı, Kiyev "Dinamo"su, Moskva "Spartak"ı, "Zenit" kimi komandalara rəqib olurdu. Son 4 ildə 3 dəfə çempionluq sevinci yaşadıq, 2 dəfə isə ölkə kubokuna yiyələndik. Avropa Liqasının qrupunda mübarizə apardıq. Bu illər ərzində bir sıra türk komandaları ilə yoxlama oyunları da keçirdik. Burada heç bir çətinlik çəkmirk. Bizim Türkiyə Super Liqasında rahat oyunaya biləcək futbolçularımız var. Onlar burada dil, din problemi yaşamırlar. Azərbaycanlı futbolçularının Avropa futboluna qatılmalarını istəyirik. Türk futbolsevər də Azərbaycan futbolunu izləməlidi. Ölkəmizdə Mustafa Dənizli, Bülent Korkmaz və bir sıra başqa türk məşqçi çalışıb. Onlar da Azərbaycan Premyer Liqasının çox çətin, yüksək keyfiyyəti olduğunu bilirdilər. Qısa zamanda Türkiyə Super Liqasında azərbaycanlı futbolçular oynasın.

- Türkiyə Super Liqasını yaxından izləyirsiz?
- Təbii ki, hər zaman izləyirəm. Təssüflər olsun ki, türk futbolu istədiyimiz və gözlədiyimiz səviyyədə deyil. Xərclənən məbləğlər qarşılığında milli komandanın daha yaxşı nəticələr qazanmasını istəyirik. "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş"ın Avropada söz sahibi olmasını istəyirik. "Qalatasaray" Fatih Terimin, "Fənərbaxça" isə Zikonun dönəmində bunu bacardı. Bu uğurlar davamlı olmalıdı. Arzu edirik ki, uğurlar ardıcıl olsun və komandalar daha yaxşı yerlərlə gəlsinlər.

- 5 ildi ki, rəhbərlikdəsiz. Gəldiyiniz vaxtla indiki arasında böyük bir fərq var. Bunu nəyə borclusuz?
- Klub prezidenti ilə birlikdə idarə heyəti yaratdıq. Biz hər şeyə sıfırdan başladıq. Çünki "Neftçi"nin tarixi bir kökü var. Eyni zamanda çox sağlam addımlar atılaraq, işlər görüldü. Bizim komandada oynayan futbolçular əvəzedici heyətdən yetişən 18-24 yaşları olan oyunçulardı. Bacarıqlı, keyfiyyəti olan, ancaq təcrübəsi olmayan 17, 18, 19 yaşlı futbolçuları çəkinmədən əsas heyətdə oynatdıq. Buna görə heç bir çətinlik çəkmədik. İstəyirəm ki,  türk futbolunu idarə edənlər bir az da Azərbaycanda oynayan futbolçulara baxsınlar. Çünki Türkiyənin 3 böyük komandalarında oynaya biləcək futbolçularımız var. Mən onları Super Liqada görmək istəyirəm.

- Sizcə, Azərbaycan və Türkiyə arasındakı futbol mədəniyyətinin birləşməsi üçün hansı işlər görülməlidi?
- Türkiyədən gələn oyunçularla yanaşı bəzi baş məşqçilər də Azərbaycan Premyer Liqasına yuxarıdan aşağı baxır. Ancaq keçmişə nəzər salsaq, "Neftçi" 20-30 il öncə SSRİ-nin vaxtında yüksək dəstədə çıxış edəndə, Türkiyə futbolu aşağı yerlərdə idi. Ölkəmizə gələn türk məşqçilər bizim çempionata yuxarıdan aşağı baxdıqları üçün uğur qazana bilmədi. Son dönəmdə isə Mustafa Dənizli çox qısa bir zamanda yaxşı nəticələr qazanmaq üçü çalışdı, ancaq heç nə əldə edə bilmədi. Dənizli kimi bir məşqçi Azərbaycana gəlirsə, mütləq uğur qazanmalıdı. Ancaq ən böyük problem bizim çempionatı yuxardan aşağı baxmalarıdı. İnşallah, Azərbaycan və Türkiyə futbolu əl-ələ verərək daha yaxşı yerlərə gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.