27 iyun 2014 01:30
Qəbələ bu gün qayıdır
Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlığa yekun vuraraq Azərbaycana qayıdacaq. Azerisport.az xəbər verir ki, komanda ötən gün hazırlıq çərçivəsində sonuncu sınaq oyununu keçirib.
Yerli "Maribor"la qarşılaşan komandamız 1:0 hesabıyla üstün olub. Maraq üçün bildirək ki, son Sloveniya çempionundan öncə "Qəbələ" digər yerli komanda "Stoynitsa"ya da eyni hesabla qalib gəlmişdi. Sloveniyanın daha bir klubu - "Koper" isə Dorinel Muntyanunun yetirmələrini 1:0 hesabıyla üstələmişdi.
"Qəbələ" "Maribor"la keçirdiyi oyunla Sloveniyadakı təlim-məşq toplanışını tamamlayıb. Komanda bu gün vətənə dönəcək.
