27 iyun 2014 01:15
Qarabağ Avstriyada belə hazırlaşır
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda yerli vaxtla 10:30-da növbəti məşqinə çıxıb.
Yüksək tempdə davam edən çalışma fiziki hazırlıq üzərinə qurulub. Sürət və koordinasiya çalışmalarının ardından 3-lü qrupa bölünən futbolçular toplu çalışmalar yerinə yetiriblər. Məşq yüngül qaçışla başa çatıb.
"Şaxtyor"la oyunda yüngül zədə alan komandanın yeni transferi Danilo Dias da kollektivlə çalışmalara qoşulub. Kapitan Rəşad Sadıqov isə hələ də fərdi olaraq məşq edir.
